
Ukrayna Prezidenti Vladimir Zelenski Qələbənin 75 illiyi ilə bağlı Moskvada keçiriləcək təntənələrə dəvət ediləcək.
Bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib. Onun sözlərinə görə, 2020-ci ildə keçiriləcək təntənəli mərasimlərdə öz iştiraklarını artıq 17 ölkənin lideri, o cümlədən MDB-yə üzv dövlətlərin başçıları təsdiqləyib. ABŞ Prezidenti də dəvət edilib, lakin hələ ki, rəsmi cavab verməyib.//AzərTAC
Tətbiqimizi yükləyə bilərsiniz