Gavalıdan super marmelad – RESEPT


Gavalının bol və ucuz olduğu vaxtda qış üçün ondan təbii, faydalı marmelad hazırlaya bilərsiz.

Resept:

1 kq gavalı
400 qr şəkər tozu
1 ədəd limon

Hazırlanması:

Gavalıların tumu çıxarılıb, ətçəkəndən keçirilir. Şəkər tozu ilə qarışdırın. Alınmış kütlə qazanda zəif odda 30 dəqiqə daim qarışdırılmaqla bişirilir, çalışın dibinə yapışmasın. 

Gavalı kütləsi əvvəlki miqdarının 1/3 qədər azalmalıdır. 
Sona yaxın püreyə bir limonu qabıqlı halda sürtgəcdən keçirib qatın və daha 5 dəqiqə bişirin.

Bir qədər soyudub süzgəcdən keçirin və silikon formaya və ya soba üçün formaya perqament sərib ona yayaraq sobada 100 dərəcədə 2-3 saat qurudun.
Sobanın qapağını açıb bir qədər orda soyudun, sonra tam soyudub, hətta 20 dəqiqə soyuducuda saxlayıb sonra marmelad kimi doğrayın. 

Üzərinə şəkər kirşanı səpin.//medicina.az

DİGƏR XƏBƏRLƏR

Top