Yerevan məhkəməsi sabiq maliyyə nazirinin həbsinə qərar verib


Yerevan ümumi məhkəməsi Ermənistanın sabiq maliyyə naziri, Dövlət Gəlirləri Komitəsinin keçmiş rəisi Qagik Xaçatryanın iki ay müddətinə həbs edilməsi barədə qərar verib.

Bu barədə jurnalistlərə açıqlamasında onun vəkili Erem Sarksiyan bildirib.

“Məhkəmə müvəkkilimin barəsində iki ay müddətinə həbs qətimkan tədbirinin seçilməsinə qərar verdi”, - vəkil belə deyib.

Bildirilir ki, Xaçatryan avqustun 27-də saxlanılıb. Milli Təhlükəsizlik Xidmətinin məlumatında qeyd olunur ki, o, xüsusilə böyük məbləğdə dövlət vəsaitlərinin mənimsənilməsi və vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsinə görə cinayət məsuliyyətinə cəlb olunub.//APA

DİGƏR XƏBƏRLƏR

Top