3 bank dollar satışını dayandırıb

Bu gün, yəni oktyabr ayının 20-də, 3 bank dollar satışını dayandırıb. Söhbət “Bank VTB (Azərbaycan)”, “Bank Respublika” və “Naxçıvanbank”dan gedir. Bu barədə fins.az-a adı çəkilən banklardan bildirilib. Amma banklar satışın dayandırılmasının səbəbini açıqlamayıb. Qeyd edək ki,oktyabr ayının 19-na kimi “Bank Respublika” limitsiz, “Bank VTB (Azərbaycan)” 2000 dollar, “Naxçıvanbank” isə 500 dollar limitlə satış həyata keçirirdi. Bununla da, son bir ayda ilk dəfə dollar satmayan bankların sayı 4-ə yüksəlib. Dollar satmayan banklar sırasında adi çəkilən banklarla yanaşı, “PAŞA Bank” da var.

DİGƏR XƏBƏRLƏR

Top