Qurban Qurbanov püşkü dəyərləndirdi


"Rəqiblərimizdən APOEL tanış rəqibdir, gücləri bəllidir".
Bunu "Qarabağ"ın baş məşqçisi Qurban QurbanovUEFA Avropa Liqasının qrup mərhələsinin püşkünü dəyərləndirərkən klubun rəsmi saytına deyib. 
47 yaşlı mütəxəssis Düdelanj"la (Lüksemburq) daha öncə qarşılaşdıqlarını bildirib. Təcrübəli məşqçi həmin vaxtdan uzun müddət keçdiyini də sözlərinə əlavə edib: "Onların ardıcıl olaraq qrup mərhələsində iştirakı uğurlarının təsadüfi olmadığının göstəricisidir. "Sevilya" (İspaniya) isə hamıya bəllidir, Avropa Liqasını ən çox qazanmış klubdur. Hələ vaxtımız var, rəqibləri daha yaxından analiz etməyə çalışacağıq".
Qeyd edək ki, qrup mərhələsinin oyunları 19 sentyabr, 3 oktyabr, 24 oktyabr, 7 noyabr, 28 noyabr və 12 dekabrda keçiriləcək. "Qarabağ" cari avrokubok mövsümündə, Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsində məhz APOEL-i keçə bilməyib (2:1, 0:2). "Düdelanj"ı isə 2016/2017 mövsümündə ÇL-in II təsnifat mərhələsində mübarizədən kənarlaşdırıb (2:0, 1:1).

DİGƏR XƏBƏRLƏR

Top