Daha bir təyyarə məcburi eniş etdi - Bu dəfə ölənlər və yaralananlar var


Rusiyanın Yakutiya bölgəsində "An-2" təyyarəsi məcburi eniş edib.
Yeniavaz.com xəbər verir ki, məcburi eniş zamanı təyyarədə olan 2 nəfər ölüb, 5 nəfər isə  yaralanıb. Təyyarənin yaralı sərnişinləri yaxınlıqdakı xəstəxanaya aparılıb. 
Baş verən qəza ilə bağlı araşdırma aparılır. 
Məlumat üçün bildirək ki, son günlər Rusiyada məcburi eniş edən təyyarələrin sayı artıb. Bu gün Ural Hava Yollarına məxsus  təyyarə məcburi eniş edib. Sankt-Peterburq-Xocalan (Tacikistan) marşrutu ilə uçan Ural Hava Yollarına məxsus təyyarə, Koltsovo Hava limanına (Yekaterinburq) təcili eniş edib. Məcburi enişin səbəbi təyyarənin quş sürüsü ilə toqquşması olub. 
İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Təyyarədə 22 uşaq, 4 ekipaj üzvü olmaqla ümumilikdə 193 sərnişin olub.   Qeyd edək ki, daha əvvəl də Ural Hava Yollarına məxsus təyyarə təcili eniş etmişdi. Bu zaman Rusiya Prezidenti Vladimir Putin Moskva vilayətinə təcili eniş edən Ural Hava Yolları təyyarəsinin pilotları Damir Yusupov və Georgi Murzinə "Rusiya qəhrəmanı" adını verib.

 

 

DİGƏR XƏBƏRLƏR

Top