Dövlət büdcəsində 667 milyon manatlıq kəsir yaranıb


Bu ilin ilk 7 ayı ərzində Azərbaycanın dövlət büdcəsinin gəliri 12 milyard 435,5 milyon manat, xərcləri isə 13 milyard 102,7 milyon manat olub.
Yeniavaz.com açıqlanan rəsmi statistik göstəricilərə istinadən bildirir ki, ilk 7 ayın nəticələrinə görə dövlət büdcəsinin kəsiri 667,2 milyon manat olub. Nəticədə dövlət büdcəsi kəsirinin ÜDM-də xüsusi çəkisi 1,5%-ə bərabər olub.
Qeyd edək ki, bu il ərzində büdcə kəsiri ilk dəfə bu səviyyəyə yüksəlib.
Məlumat üçün bildirək ki, bu ilin ilk ayında dövlət büdcəsində 828 milyon manatlıq profisit yaranıb. Belə ki, yanvarda büdcənin gəlirləri 2 milyard 97,1 milyon manat, xərcləri isə 1 milyard 269,1 milyon manat olub.
 

DİGƏR XƏBƏRLƏR

Top