Ərdoğandan Davudoğluna: Baqajlarında nə varsa çıxarsınlar


"Bu yoldaşlar nə deyəcəklərsə gəlib desinlər, sözlə hədə-qorxu gəlmək olmaz".
Yeniavaz.com xəbər veriri ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, AKP-nin (Ədalət və İnkişaf Partiyası) keçmiş üzvü və qurucularından, həmçinin ölkənin sabiq baş naziri Əhməd Davudoğluna deyib. O bildirib ki, bu haqda danışmaq Ə. Davudoğlunun özünə də fayda verəcək: "Baqajlarında nə varsa çıxarsınlar. Bəlkə o zaman özlərinə də faydası oldu".
Ərdoğan həmçinin bildirib ki, onların bu mövzuda heç bir narahatlıqları yoxdur.
Qeyd edək ki, Ə. Davudoğlu bir neçə gün əvvəl mətbuata verdiyi açıqlamalarında, onu terrorçuluqla mübarizədə tənqid edənlərə sərt cavab verib. Bildirib ki, terrorçuluqla mübarizə mövzusu tam mənası ilə açılsa bir çoxu, insan içinə çıxa bilməz.

DİGƏR XƏBƏRLƏR

Top