Azərbaycanlı keşişlər ermənilərin "bizimdir" dediyi kilsədə dini ayin icra etdilər - VİDEO


Ötən gün Azərbaycandan olan nümayəndə heyəti Türkiyənin Van bölgəsində yerləşən tarixi Akdamar kilsəsini ziyarət edib.
Yeniavaz.com xəbər verir ki, Alban-Udin Xristian Dini İcmasının nümayəndələri kilsədə dini ayin həyata keçiriblər.  Alban-Udin Xristian Dini İcmasının nümayəndələri bildiriblər ki, Azərbaycanda olduğu kimi Türkiyənin Van bölgəsində yerləşən kilsələr də Alban kilsələridir və onların ermənilərlə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur.
Məlumat üçün qeyd edək ki, ermənilər Van bölgəsində yerləşən Akdamar kilsəsinin onlara məxsus olduğunu iddia edirlər və son illər kilsəni ziyarət edərək burada ayinlər icra edirlər.

DİGƏR XƏBƏRLƏR

Top