"Qarabağ"ın Avroliqa qrupundakı rəqibləri bəlli oldu


Bu gün Monakoda Avropa Liqasının qrup mərhələsinin püşkü atılıb. 

Yeniavaz.com xəbər verir ki, püşatma zamanı Azərbaycan təmsilçisi "Qarabağ"ın da rəqibləri məlum olub. 

A qrupunda Ağdam təmsilçisi, "Sevilya" (İspaniya), APOEL (Kipr) və "Düdelanj" (Lüksemburq) mübarizə aparacaq. 

Qeyd edək ki, qrup mərhələsinin oyunları 19 sentyabr, 3 oktyabr, 24 oktyabr, 7 noyabr, 28 noyabr və 12 dekabrda keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top