![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2019/8/30/1/bf9c33f0-73c2-4bdf-8dba-f775d55b28b7/lusi_enrike_qizi.jpg)
“Barselona” və İspaniya yığmasının sabiq baş məşqçisi Luis Enrikeyə ağır itki üz verib.
Yeniavaz.com xəbər verir ki, təcrübəli futbol mütəxəssisinin 5 aydır sümük xərçəngi olan 9 yaşlı qızı Xana dünyasını dəyişib.
Qeyd edək ki, L. Enrike 9 iyul 2018-ci ildə ailə problemlərinə görə İspaniya milli komandasının baş məqşçisi postundan istefa verib.