
Türkiyədə motosiklet sürən qadının piyadanı qəribə şəkildə vurduğu görüntülər ən çox izlənən videolar sırasına daxil olub.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulda bir qadın idarə etdiyi motosikletlə piyadanı yüngülcə vurub. Nəqliyyat vasitəsini saxlayan qadın vurduğu adamdan üzr istəyib. Piyada ciddi problemin olmadığını görüb, yenidən yoluna davam edib. Xanım sürücü isə motosikleti işə salaraq yenidən hərkət etməyə başlayıb. Ancaq xanım qəribə şəkildə idarəetməni yenə itirib və hələ hadisə yerindən çox uzaqlaşmayan həmin piyadanı ikinci dəfə vurub. Yaxınlıqdakı iş yerinin təhlükəsizlik kameralarına yansıyan görüntülər izləyənlərə gülməli anlar yaşadıb.