40 yaşlı kişi Kür çayında batdı


Kür çayının Yevlax rayonu ərazisindən keçən hissəsində bədbəxt hadisə baş verib.

Yeniavaz.com xəbər verir ki, 1979-cu il təvəllüdlü Seymur Abdullayev Kür çayında batıb.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasetmə qüvvələri hadisə yerinə gələrək meyiti sudan çıxarıb aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.

Esmira Hidayətova, Yevlax

DİGƏR XƏBƏRLƏR

Top