Dörd yaşlı uşaq dördüncü binadan yıxılaraq ağır xəsarət alıb


Suraxanı rayonunda 2015-ci il təvəllüdlü Muradxani Püstəxanım Pərviz qızı yaşadığı binanın 4-cü mərtəbəsindən yıxılaraq ağır xəsarət alıb.

Hadisə Əmircan qəsəbəsində baş verib. 

Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.//APA

DİGƏR XƏBƏRLƏR

Top