Rusiya limanında həbsdə olan gəmidə azərbaycanlı dənizçilər ksiya keçirtdi


Hazırda Azov limanında həbsdə olan “Magellan” gəmisindəki 8 azərbaycanlı dənizçidən ikisi aksiya keçirir. Bir ildən artıqdır ki, gəmidə olan dənizçilər bununla diqqəti özlərinə cəlb etmək niyyətindədirlər.

Yeniavaz.com Virtualaz.org istinadən xəbər verir ki, Dənizçilərin Həmkarlar Təşkilatında da problemdən xəbərdardırlar.

Təşkilatdan verilən məlumata görə, ötən şənbə günündən etibarən  “Magellan” gəmisinin baş mexaniki və üçüncü mexaniki etiraz aksiyası keçirirlər. Onlar gəmi sahibi tərəfindən göndərilən təmir xidmətləri nümayəndələrini mühərrik otağına buraxmaqdan imtina edirlər. Buna səbəb isə dənizçilərin fevral ayından bəri maaş almamalarıdır. Ümidsizliyə qapılan dənizçilər bu gedişlə aclıq aksiyası keçirməyə hazır olduqlarını bildiriblər. Dənizçilərin Həmkarlar Təşkilatı bu problemin qarşısını almaq üçün mümkün olan hər şeyi etdiyini bəyan edib.

“Biz artıq bu məsələlərlə məşğuluq. Bütün hakimiyyət orqanlarına məktublar yazılıb, Beynəlxalq Əmək Təşkilatına (BƏT) bu gün və ya sabah məktubu göndərəcəyik. Gəmi naviqasiyasının təhlükəsizliyinə və dənizçilərə vaxtında pulun ödənilməsinə cavabdeh olan müxtəlif təşkilatlara məktublar göndəririk. Onların gəmi sahibi və kirayəçisi ilə problemləri var. Amma onlara çatacaq pulun kimin ödəməsinin əhəmiyyəti yoxdur, bu köhnə, yeni və ya gələcək gəmi sahibi ola bilər, bizim üçün əsas olan dənizçilərə pul almaqda kömək etməkdir ", - Rusiya Dənizçilərin Həmkarlar Təşkilatının Azov-Don üzrə nümayəndəsi Leonid Qluşak deyib.

"Magellan" gəmisi daşıdığı yükün Rostov gömrükçüləri tərəfindən həbs olunması barədə protokola əsasən ötən ilin iyun ayından etibarən Azov limanında saxlanılır. Ekipaj üzvlərinin hamısı Azərbaycan vətəndaşıdır. Gəminin icarədarı bir neçə dəfə borcunu ödəməyə söz versə də, lakin öhdəliklərini yerinə yetirməyib. Şirkət bunu gəminin saxlanmasına görə təqribən 1 milyon dollar zərərə düşdüyü ilə əsaslandırır.  Həmçinin gəmi rəhbərliyi dənizçilərin əməyinin istismarı ilə bağlı ittihamları da rədd edir.

Gəminin sığorta şəhadətnaməsinin müddətinin başa çatması vəziyyəti bir qədər də mürəkkəbləşdirir. İndi dənizçilərini sığorta şirkətinin hesabına qaytarmaq və onlara dörd aylıq maaş vermək mümkün deyil. Artıq bu gəmi Beynəlxalq Əmək Təşkilatının forması üzrə atılmış gəmilər siyahısına daxil olub.

“Magellan” quru yük gəmisi Sant Vinsent və Qrenadina adlı ada dövlətinin (Karib dənizində yerləşir) bayrağı altında üzüb, 1993-cü ildə inşa edilib. Gəminin hansı şirkətə məxsus olduğu və kim tərəfdən fraxtə edildiyi barədə məlumat yoxdur.

DİGƏR XƏBƏRLƏR

Top