Məşhur ağrıkəsici "Aksen Fort"e haqqında nə bilirik?


Günümüzdə ağrıkəsici preparatların sayı artmaqda davam edir. Aptekə girdiyiniz zaman isə bir çox ağrıkəsici preparatlarla rastlaşırsınız. Amma təəssüf ki, çoxlarımız bu dərmanların insan orqanizminə zərəri varmı, yoxmu heç araşdırmırıq.

Yeniavaz.com məşhur ağrıkəsici "Aksen Fort" haqqında araşdıraraq məlumatları təqdim edir:

Tərkibi:

Təsiredici maddə: 1 tabletin tərkibində 550 mq naproksen natrium var.

Köməkçi maddələr: mikrokristallik sellüloza (Аviсel PH 101), qarğıdalı nişastası, PVP K30, maqnezium stearat, natrium kroskarmelloza.

Təsiredici göstərişlər:
- diş, baş və bel nahiyəsində yaranan ağrılar;
- əməliyyatdan sonra olan ağrılar;
- miqrenin qarşısının alınması və müalicəsi;
- ginekoloji xəstəliklərdə yaranan ağrılar;
- soyuqdəymə zamanı;
- revmatik xəstəliklər.
 
Tablet yemək zamanı bol su ilə içilməlidir. Ağrını aradan qaldırmaq üçün böyüklər gün ərzində 550-1100 mq arası dozada qəbul etməlidirlər. İlkin doza 550 mq qəbul edildikdən 8 saat sonra 275 mq qəbul edilə bilər. Müalicə müddəti 2 həftədən çox olmamalıdır.
 
Əks göstərişləri:
- Naproksenə, naproksen natriuma və ya preparatın tərkibindəki köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq;
- Ağır böyrək, qaraciyər və ürək çatışmazlığı;
- Qəbizlik, qarın ağrısı, ürəkbulanma, dispepsiya, ishal;
- Baş ağrısı, başgicəllənmə ;
- Qaşınma, qanaxma, tərləmə;
- Eşitmə qüsuru;
- Görmə pozğunluğu;  
- Şişkinlik, nəfəs darlığı, ürəkbulanma;
- Mədə-bağırsaq qanaxması və ya mədə perforasiyası, qusma (qanlı daxil olmaqla);
- Artan qaraciyər fermentləri, sarılıq;
- Depressiya, yuxu pozğunluğu, konsentrasiya edə bilməmək;
- Zəiflik, əzələ ağrısı.
 
6 yaşınadək uşaqların istifadəsi qadağandır. Hamiləlik və laktasiya dövründə istifadəsi zamanı diqqətli olmaq lazımdır. Hamilə qadınlar mütləq həkim nəzarətində olmalıdır. Hamiləliyin son dövründə preparatın istifadəsi tövsiyyə edilmir. Qeyri-steroid iltihab əleyhinə preparatların (QSİƏP) istifadəsinin dölün arterial axacağını vaxtından əvvəl bağlaması,anada doğuş fəaliyyətini gecikdirməsi və yeni doğulmuş uşaqda sarılıq əmələ gəlməsinə səbəb ola bilər.

Qeyd edək ki, dərmanın resept əsasında satışına göstəriş verilməsinə baxmayaraq Respublikamızda bu dərmanı rahatlıqla reseptsiz apteklərdən əldə etmək mümkündür.

DİGƏR XƏBƏRLƏR

Top