Tərtərdə əl qumbarasının partlaması nəticəsində ölən və xəsarət alan şəxslərin adı məlum olub.
Yeniavaz.com Oxu.Az-a istinadən xəbər verir ki, rayonun Təzəkənd kənd sakini, 1991-ci il təvəllüdlü Hüseynli Elmir Bəkir oğlunun əlində qumbara partlayıb.
Nəticədə, E.Hüseyinli hadisə yerində ölüb, qonşusu 1967-ci il təvəllüdlü Abbasov Fikrət Musa oğlu isə ağır xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.