Hacı Madər: "Deputat maaşım dolanışığıma kifayət edir"


"Bir neçə dəfə demişəm, indi də deyirəm: 14-15 yaşımdan ticarətdə işləmişəm, satıcı şagirdliyindən mağaza müdirinə qədər gedib çıxmışam. Bu da çox-çox əvvəl - Sovet dövründə olub".

Yeniavaz.com xəbər verir ki, bunu APA-ya müsahibəsində Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, 10 saylı Binəqədi üçüncü Seçki Dairəsinin deputatı Madər Musayev deyib.
M.Musayev bildirib ki, 1990-cı ildən isə deputat seçilir: "Bir də görürsən ki, bəzi saytlar yazır ki, filan mağaza, filan yanacaqdoldurma məntəqəsi, nə bilim filan otel Hacı Madərindir. Amma həqiqətdə elə deyil. Kimin nə deməsindən asılı olmayaraq, qanunla deputatın bizneslə məşğul olması qadağandır. Mən də hamı kimi qanunlara hörmət edirəm. Deputat maaşım dolanışığıma kifayət edir".

DİGƏR XƏBƏRLƏR

Top