Tramp şəxsi saytında Klintonu məsxərəyə qoyub - FOTO


ABŞ prezidenti Donald Trampın rəsmi internet səhifəsi www.donaldjtrump.com-da, mövcud olmayan bir pəncərəni açmaq istəyən zaman sayt xəta verir və Hillari Klintonun fotosu gəlir.
Yeniavaz.com xəbər verir ki, sayt xəta verən zaman ingilis dilində "Oops! This is awkward. You're looking for something that doesn't exist..." deyə xəbərdarlıq verilir ki, bu da "Qəribədir. Mövcud olmayan bir şey axtarırsınız" mənasına gəlir. Bu sözlər isə H.Klintonun fotosunun üzərində yazılır. Maraqlıdır ki, həmin sözlər ingilis dilində həm də "mövcud olmayan bir şeyə baxırsınız" mənasını verir.
Bu addımın 2020-ci ildə ABŞ-da keçiriləcək prezident seçkilərində namizəd olmayacağını bəyan edən Klintonu məsxərəyə qoymaq üçün atıldığı deyilir.
Qeyd edək ki, bir vaxtlar ABŞ prezidentinin rəsmi internet səhifəsində buna bənzər başqa bir məsxərə üsulu isə sabiq prezident Barak Obama üçün edilmişdi.
 

DİGƏR XƏBƏRLƏR

Top