Lənkəranda baş verən dəhşətli qəza ilə bağlı RƏSMİ MƏLUMAT


Xəbər verdiyimiz kimi, dünən axşam Lənkəranda ağır avtobus qəzası baş verib.

Yeniavaz.com DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupuna istinadən xəbər verir ki, avqustun 28-də saat 18:40-da Lənkəran Şəhər Rayon Polis Şöbəsinə rayonun Bəliton kənd sakini Ələmdar Ağayevin idarə etdiyi PAZ markalı 43-BA-455 dövlət nömrə nişanlı avtobusun yüksək dağlıq ərazidə yolsuzluq və qapalı şəraitdə fərdi yaşayış evinin həyətinə aşması ilə bağlı məlumat daxil olub.
Məlumatda bildirilir ki, Lənkəran ŞRPŞ-nin əməkdaşları dərhal hadisə baş vermiş əraziyə yollanıb. Müəyyən olunub ki, sürücü hadisə zamanı dünyasını dəyişib. Şöbə əməkdaşlarının fəal iştirakı ilə avtobusda olan 22 nəfər sərnişinin müayinə olunmaları üçün Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılmaları təşkil olunub. Hazırda onlardan 10 nəfərin müalicəsi xəstəxanada davam etdirilir, digərləri isə tibbi yardımdan sonra evə buraxılıb.
Hadisəyə yoxuşu qalxarkən avtobusda qəfil yaranmış texniki nasazlıq səbəbindən sürücünün idarəetməni itirməsi ehtimal olunur.

DİGƏR XƏBƏRLƏR

Top