Zelenski bu şəxsi baş nazir təyin etmək istəyir - FOTO


Ukrayna prezidenti Vladimir Zelenski ölkənin baş nazir postuna öz namizədini təqdim edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə "Ukrayna həqiqətləri" məlumat verib.
Məlumata görə, dövlət başçısı yeni baş nazir vəzifəsində Aleksey Qonçaruku görmək istədiyini bildirib.
Qeyd edək ki, A.Qonçaruk 2015-ci ildən etibarən "Effektiv Tənzimləmə Ofisi" müstəqil ekspert-analitik mərkəzinə rəhbərlik edir. Bundan əvvəl, o, baş nazirin birinci müavini Stepan Kubivin müşaviri və Arseniy Yatsenyuk hökumətində ekologiya naziri İqor Şevçenkonun sərbəst müşaviri vəzifələrində çalışıb. 2014-cü ildə isə "Xalqın Gücü" partiyasından Verxovna Rada seçkilərində iştirak etmiş və 0,1 faiz səs toplamışdır.
Xatırladaq ki, ötən gün Ukraynanın baş naziri Vladimir Qroysman istefa verib.

DİGƏR XƏBƏRLƏR

Top