Yevlaxda dəhşətli qəza - ölən var - VİDEO

Yevlaxda ölümlə nəticələnən qəza baş verib.

Yeniavaz.com xəbər verir ki, minik maşını üzərində ekskavator daşıyan yük avtomobilinə çırpılıb və nəticədə 1 nəfər dünyasını dəyişib.

Ağır qəza gecə saatlarında Bakı-Qazax avtomogistralının Yevlaxdan keçən hissəsində baş verib. Qəza nəticəsində minik maşınının sürücüsü hadisə yerində dünyasını dəyişib. Yevlax Xəstəxanasının morquna yerləşdirilən sürücünün kimliyi müəyyənləşdirlir.

Qəza zamanı minik avtomobilində sərnişin olmayıb. Faktla bağlı araşdırma aparılır.

Esmira Hidayətova, Yevlax

DİGƏR XƏBƏRLƏR

Top