Əhməd Davudoğlu: Məni təhdid edirlər


Son günlərdə yeni partiya quracağı ilə gündəmə gələn Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu yeni açıqlaması ilə gündəm olub.

Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Əhməd Davudoğlu yeni çıxışında gündəm olacaq sözlər söyləyib. Həyatının şəffaf olduğunu və heç kəsdən qorxmadığını bildirən Davudoğlu belə deyib: "Son vaxtlar təhdid edilirəm. Mənə "cavab verəcəksən" deyirlər. Ancaq bilsinlər ki, bu yola çıxan adam hər şeyi gözə alaraq çıxır. Ayrıca bildirmək istəyirəm ki, işlədiyim dövrə aid cavabını verə biməyəcəyim heç bir hadisə yoxdur".
Sabiq baş nazir həmçinin bildirib ki, AKP-dən onu tamamilə silmək istəyirlər: "Mənə edilən davranışları heç vaxt unutmayacağam. Bütün baş verənlər mənə belə siyasət, yoldaşlıq olmamalıdır deməyimə səbəb oldu".

DİGƏR XƏBƏRLƏR

Top