Azərbaycanda məsciddən xalçaları oğurladılar


Quba rayonundakı məscidlərin birindən oğurluq olub.

Bu barədə Yeniavaz.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib. Verilən xəbərə görə, rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən məscidlərin birindən xalçaların oğurlanması barədə məlumat daxil olub. Məlumatla bağlı rayon Polis Şöbəsində dərhal əməliyyat qrupu yaradılıb və hadisə yerinə baxış keçirilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində məscidə məxsus xalçalar Şabran rayon Günəşli kənd sakini Lalə Babayeva tərəfindən oğurlandığı müəyyən edilib. 

İlkin dindirilmə zamanı L.Babayeva tutduğu əməli etiraf edərək, gecə saatlarında məsciddə heç kimin olmadığı vaxtda xalçaları oğurladığını bildirib.

Faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırmalar aparılır.

DİGƏR XƏBƏRLƏR

Top