
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin vaxtı açıqlanıb.
2020-ci ildə təşkil olunacaq yarış iyunun 7-də baş tutacaq.
Gələn il keçiriləcək dünya çempionatı ilk dəfə 22 mərhələdən ibarət olacaq.
Yarış həmişə olduğu kimi, martın 15-də Avstraliyanın Melburn şəhərində başlayacaq.
Mövsüm BƏƏ-nin paytaxtı Abu-Dabidə sona çatacaq.
Bu mərhələ noyabrın 29-na təsadüf edəcək. (APA)