Nazirlik Oğuzdakı meşə yanğını ilə bağlı məlumat yaydı


Oğuzda baş verən meşə yanğını tam söndürülüb. Yeniavaz.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, avqustun 25-də Oğuz rayonunun Baş Daşağıl kəndi yaxınlığında dağlıq ərazidə meşə zolağında və avqustun 23-də Oğuz rayonunun Xaçmaz kəndi yaxınlığında dağlıq ərazidə meşə zolağında baş vermiş yanğınlar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Aviasiya dəstəsi, Mülki müdafiə qoşunları və Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri tərəfindən tam söndürülüb.

Qeyd edək ki, avqustun 23-də Oğuz rayonunun Xaçmaz kəndi, avqustun 25-də isə Baş Daşağıl kəndi yaxınlığında yüksək dağlıq ərazilərdə meşə zolağında yanğın baş vermişdi.

Ərazilərdə yanğının söndürülməsi üçün Fövqaladə Hallar Nazirliyinin iki helekopteri və bir “BE 200 ÇS” tipli amfibiya təyyarəsi və xeyli sayda canlı qüvvəsi iştirak edib.

DİGƏR XƏBƏRLƏR

Top