Səhiyyə Nazirliyi Lənkəranda ötən gün baş vermiş yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.
Nazirlikdən Yeniavaz.com-a verilən məlumata görə, hadisə nəticəsində xəsarət alanların vəziyyəti orta ağırdır.
Qəza nəticəsində sürücü yerindəcə dünyasını dəyişib. 23 nəfər müxtəlif xəsarətlərlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
10 nəfər xəstəxanada qalacaq, digərləri ambulator müalicəyə buraxılır. Qalan 10 nəfərdən ikisi reanimasiya şöbəsində saxlanılır.
Reanimasiya şöbəsinə yerləşdirilən iki qadından birinin vəziyyəti kritikdir.
Baş həkimin sözlərinə görə, açıq kəllə-beyin travması alan 42 yaşlı qadın komadadır.
Reanimasiya şöbəsində müalicə alan digər qadına isə qapalı kəllə-beyin travması və qabırğa sınığı diaqnozu qoyulub. Vəziyyəti ağırdır.
Travmatologiya şöbəsində müalicə alan səkkiz qadının vəziyyəti orta ağır kimi qiymətləndirilir. Həyatları üçün təhlükə yoxdur.