Əminə Bulutun 10 yaşlı qızı ilə bağlı MƏHKƏMƏ QƏRARI


Xəbər verdiyimiz kimi, Türkiyədə 4 il əvvəl boşandığı əri tərəfindən vəhşicəsinə öldürülən Əminə Bulutun 10 yaşlı qızının adına yığılan yardımların qorunması və sığortası üçün qəyyum təyin edilib.

Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Ailə, Əmək və Sosial Xidmətlər Nazirliyi bununla bağlı Kırıkkale Məhkəməsinə müraciət edib. Nazirliyin tələbini qəbul edən məhkəmə Ə. Bulutun qızı üçün yığılan yardımların qorunması üçün qəyyum təyin edilməsinə qərar verib.
Qeyd edək ki, qatil köhnə həyat yoldaşı ilə mübahisə etdikdən sonra taksiyə minərək getmək istəyib. Cinayətkar qadını maşından düşürərək şiddət tətbiq edib. Çarəsiz qadın 100 metr yaxınlıqdakı restorana qaçıb. Arxasınca restorana girən qatil qadını boğazından bıçaqlayaraq qətlə yetirib.

DİGƏR XƏBƏRLƏR

Top