Mingəçevir İcra başçısı tələbə adını qazananlarla görüşüb - FOTO


Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçı İlham İsmayılov tələbə adını qazanmış abituriyentlərlə görüş keçirilib.

Yeniavaz.com xəbər verir ki, şəhərdə yerləşən Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə çıxışı zamanı tələbə adını qazananları təbrik edən İ. İsmayılov ölkədə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən danışıb.

o cümlədən Mingəçevir şəhərində də təhsilin inkişafına barədə fikirlərini bildirən İ. İsmayılov deyib: “Son illər Mingəçevirdə 4 yeni məktəb binası tikilib. Biri də hazırda tikilir. 11 məktəb əsaslı təmir edilib, biri də əsaslı təmir olunur. Eyni zamanda 12 və 17 saylı məktəblərin əsaslı təmir məsələsi də nəzərdə tutulub. Bütün bunlar dövlət başçımızın təhsilə olan diqqət və qayğısıdır”.

Daha sonra çıxış edərək 2018/2019-cu tədris ilində rayonun orta ümumtəhsil məktəblərində təhsilini başa vurmuş 760 nəfər buraxılış məzunlarından 630 nəfəri ali məktəblərə sənəd verdiyini vurğulayan Mingəçevir Təhsil şöbəsinin müdiri Sahib Məmmədov deyib: “Onlardan 460 nəfəri tələbə adını qazanıb. Onlardan 120-si Mingəçevir Dövlət Universitetini seçib. Bu 73 % deməkdir. Bu da respublika üzrə ən yüksək nəticələrdən sayılır. Onu da qeyd edim ki, bu il ali məktəbə qəbul olunanlar kurikulum əsasında təhsil alanların ilk buraxılışıdır”.

Tədbir zamanı Texniki humanitar liseyinin direktoru Nailə Məmmədova ötən tədris ilində əldə olunan uğurlardan danışıb.

Tədbirin sonunda ali məktəblərə qəbul olan tələbələrə hədiyyələr təqddim olunub.

Qeyd edək ki, görüşdən öncə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin heykəli önünə gül dəstələri qoyublar.


Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top