Gecə klubunda yanğın baş verdi, ən az 23 nəfər öldü - VİDEO


Şimali Amerika ölkəsi Meksikanın Verakruz əyalətindəki bir gecə klubunda dəhşətli yanğın hadisəsi baş verib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, hadisə Meksika körfəzinin liman şəhərlərindən Kotzakolkosda meydana gəlib. Yanğın zamanı ən az 23 nəfərin öldüyü bildirilir.
Şəhərin baş prokuroru yanğının provokasiya olabiləcəyini açıqlayıb.
Ölkənin yas havasına bürünməsinə səbəb olan hadisədə ölənlərin 8-nin qadın, 15-nin isə kişi olduğu bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top