
Mingəçevir şəhəri Cəmil Əliyev küçəsi 17 ünvanında yerləşən 5 mərtəbəli binada yanğın hadisəsi baş verib.
Yeniavaz.com xəbər verir ki, binanın 4 cü mərtəbəsində İlkin Babayevin kirayə məskunlaşdığı n 48 m² olan 2 otaqlı mənzilin 1 otağının 15 m²-i yanıb.
Yanğın zamanı təhlükəli ərazidə olan İlkin Babayev və bir ailənin 4 üzvü təcliyyə edilib, xəsarət alan olmayıb.
Yanğın FHN-in yanğınsöndürən briqadaları tərəfindən söndürülüb.


Esmira Hidayətova, Mingəçevir
Tətbiqimizi yükləyə bilərsiniz