Tanınmış şirkətlər müştəriləri necə aldadırlar? - İnanılmaz fırıldaqçılıq + FOTOLAR

İstehsalçılar arasında rəqabət artıqca onlar arasındakı mübarizə də artmaqdadır.
Yeniavaz.com xəbər verir ki, istehsalçı şirkətlər öz məhsullarını daha çox satmaq və rəqiblərindən daha çox pul qazanmaq üçün bir çox hallarda istehlakçıları aldatmaqdan belə çəkinmirlər.
Şirkətlər bunları marketinq  "hiylələri" adlandırsalar da, aşağıdakı nümunələrdən də görəcəksiniz ki, bu açıq şəkildə müştəriləri aldatmaqdır.
-  Yəqin ki, mağazalarda qida sektorunun məşhur markalarından olan "Sinikers" ("SNİCKERS") şokoladlarını görmüsünüz.  "Sinikers" ("SNİCKERS") şokoladları iki ölçüdə hazırlanır və onlardan böyük olanının üzərində "2" rəqəmi yazılır. Bu "2" rəqəmi nəyi ifadə edir? İstehsalçı şirkət "Sinikers" sözünün qarşısına "2" yazmaqla nə demək istəyir? Məlum məsələdir ki, istehsalçı şirkət bu addımı atmaqla üzərində "2" rəqəmi yazılan böyük ölçülü "Sinikers"in kiçik ölçülü "Sinikers"lərdən 2 dəfə böyük olduğunu nümayiş etdirmək istəyir. Əslində necədir? Aşağıdakı şəkildə açıq şəkildə görünür ki, böyük ölçülü "Sinikers"in kiçik ölçülü "Sinikers"lərdən heç də 2 dəfə böyük deyil.

- Bu şəkildə siz uşaqlar üçün nəzərdə tutulan içərisi şokoladla "dolu" qutunun əslində boş olduğunu  görüsünüz.

- İçərisi görünməyən başqa bir şkolad qutusu. Qutun açandan sonra məlum olur ki, içərisindəki şokoladlar heç də qutunun ölçüsünə uyğun deyil. Əslində belə məhsullar almaqla müştərilər içi boş qutulara pul xərcləmiş olurlar.

- Bənzər hiyləgərliyə bu məhsulun istehsalçısı da əl atıb.

- Pizzaya oxşayan bu məhsulun əslində pizza olmadığını isə yəqin ki, müştəri onu yeməyə başladığı zaman başa düşəcək.

- Bu cür hiyləgərliyə isə tanınmış şirkətlər cəsarət etməzlər. Bu cür "cəsarətli" adətən küçə ticarətçiləri və kiçik restoranlar nümayiş etdirirlər.  

- Müştəriləri təkcə real həyatda deyil virtual dünyada da aldatmağa çalışan şirkətlərin sayı artmaqdadır. Ekranın hər tərfinə saxta "Endir"lərlə ("Download") doldurublar. İnsanlar hər dəfə bu "Endir"lərə basdığı zaman qarşısına hansısa yeni səhifə, ya da reklam roliki çıxır. Axırda məlum olur ki, əsl "Endir" düyməsi ekranın alt hissəsində olduqca kiçik ölçüdə yerləşdirilib.

- Bu pizza satan isə müştəriləri aldatmaqdan çox, deyəsən onlarla məzələnir. Reklam lövhəsinin üzərinə böyük hərflərlə "2 ədəd orta ölçülü pizza 6,99 dollar" yazılıb və bu yazının aşağısında isə uzaqdan görünməsi mümkün olmayan kiçik hərflərlə "hər biri" sözü qeyd olunub.

DİGƏR XƏBƏRLƏR

Top