Putin "limuzin"ini Ərdoğana bu şərtlə hədiyyə edəcəyini deyib - VİDEO


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya səfəri çərçivəsində "Maks-2019" beynəlxalq hava nəqliyyatı və fəza sərgisini gəzərkən Putinin Rusiya istehsalı olan limuzininə də baxıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bu zaman Ərdoğan Putindən "Aurus" markalı limuzinin qiymətini soruşub. Putin isə cavabında avtomobilin qiymətinin 18 milyon rubl (470 min manat) olduğunu bildirib. Ərdoğan avtomobilin qiymətini öyrəndikdən sonra almaq barədə düşünəcəyini deyib və limuzinin istehsal tarixini soruşub.
Putin isə sərgidəki 8 milyon dollarlıq helikopteri alarsa limuzini Ərdoğana hədiyyə edəcəyini bildirib. Bu dialoq heyət nümayəndələri arasında gülüşmələrə səbəb olub və Rusiya heyətindən bir nəfər "oldu, razılaşdıq" deyə zarafat edib.
Həmin anların kadrlarını isə rusiyalı jurnalist Dimitri Smirnov "Twitter" səhifəsində yayımlayıb.

DİGƏR XƏBƏRLƏR

Top