Azərbaycanlı alimlər rayonlarda maarifləndirici seminarlara start verib - FOTOLAR


Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun alimləri rayonlarda maarifləndirici elmi–praktiki seminarlara start verib.

Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutu tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya mərkəzinin tədbirlər planına uyğun olaraq Tərtər rayonunda elmi- praktiki seminaralar keçirilib. Tərtər RAEİM-də keçirilən tədbirdə Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun alimləri, Ağdam, Yevlax, Goranboy, Bərdə və Tərtər rayonlarının Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları, Tərtər RİHB aparatı Sosial -iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin nümayəndəsi və pambıqçılıqla məşğul olan qabaqcıl fermerlər iştirak ediblər. Elmi –praltiki seminarda “Yerli sortların nümayişi və gübrələrin suvarmalara uyğunlaşdırılaraq verilməsinin pambığın məhsuldarlığının artırılmasına təsiri” mövzusu ətrafında məruzələr dinlənilib, müzakirələr aparılıb. Öncə BMTB ETİ-nin direktoru s.i.e, dos. Elçin Xəlilov cıxış edərək “Tədqiqtçı –fermer münasibətlərinin yaradılmasında BMTB ETİ-nin rolu” haqqında danışıb. O qeyd edib ki, institutun əməkdaşları mütəmadi olaraq rayonlarda fermerlərlə görüşərək təsərrüfat sahiblərinin pambıqçılıqla bağlı problemləri ilə maraqlanır, onların bilik və bacarıqlarının artırılması istiqamətində marifləndirici söhbətlər aparırlar.İnstitutun Seleksiya şöbəsinin müdiri a.e.ü.e.d Ələddin Tağıyev məruzəsində Azərbaycanda pambıqçılığın inkişafında nümayişə çıxardılan sortların rolu barəsində fermerləri məlumatlandırıb. Daha sonra İnformasiya təminatı və elmi nəticələrin tətbqi şöbəsinin müdiri dos.Mahirə Vəliyeva “Gübrələrin suvarmalara uyğunlaşdılılaraq verilməsinin pambığın məhsuldarlığına təsiri” mövzusunda çıxış edərək fermerlərə torpağın gübrələnməsinin əhəmiyyətindən danışıb və bol məhsul əldə etmək üçün makro və mikro gübrələrdən istifadənin zəruruliyini qeyd edib. Entomologiya şöbəsinin müdiri a.e.f.d , dos. Kazım Huseynov isə öz çıxışında pambıq əkinlərində zərərli orqanizmlərə qarşı mübarizə üsüllarından geniş bəhs edib. Tədbirdə iştirak edən Tərtər RİHB Aparatı Sosoial İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Natiq Musayev tədbir iştirakçılarına Tərtər rayonunda pambıqçı fermerlərin problemlərinin həlli istiqamətində görülən işlər barəsində ətraflı məlumat verib. Digər iştirakçılardan Tərtər DAİM -nin direktoru , a.e.f.d. Mehman Babayevin “Pambıqçı fermerlərə Dövlət dəstəyi , subsidiyaların fermerlərə çatdirilmasında yeni yanaşma” mövzusunda çıxışı dinlənilib.Tərtər RAEİM-nin direktoru Məhərrəm Əliyev isə Tərtər RAEİM-nin əhatəsində olan rayonlarda pambıqçılıqda mövcüd vəziyyəti haqqında tədbir iştirakçılarını məlumatlandırıb. Sonra tədbir iştirakçıları Tərtər RAEİM–nin təcrübə sahəsində yerli sortların nümayiş əkinlərində olublar.Burada Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun Seleksiya şöbəsinin müdiri a.e.ü.e.d Ələddin Tağıyev fermerlərə yerli sortların təsərrüfat əhəmiyyətı barəsində ətraflı məlumat verib. Seminar qarşılıqlı diskusiya şəkilində davam edib, fermerləri maraqlandıran suallar cavablandırılıb .Tədbirin sonunda iştirakçılara institutun alimləri tərəfindən hazırlanmış çoxsaylı marifləndirici tövsiyələr və məlumatlandırıcı bukletlər paylanılıb.


Vüqar Nəbiyev

DİGƏR XƏBƏRLƏR

Top