ABŞ "Harvard"a qəbul olan gənci hava limanından geri göndərdi - SƏBƏB - FOTO


ABŞ Harvard Universitetinə qəbul olmuş fələstinli gənci, dostlarının sosial şəbəkələrdəki paylaşımlarına görə Boston Loqan Hava Limanından yaşadığı Livana geri göndərdi.

Yeniavaz.com ABŞ mətbuatına istinadla xəbər verir ki, vizası ləğv edilən İsmayıl Ayavi bu barədə Harvard Universitetinin tələbələri üçün nəşr etdirdiyi "Crimson" qəzetinə məlumat verib. Bildirib ki, hava limanın əməkdaşları dini inancları ilə bağlı onu sorğu-suala tutub, mobil telefonunu və kompüterini alıblar.
17 yaşlı Ayavi, hava limanı əməkdaşlarının onun sosial mediadakı səhifələrindən dostlarının paylaşımlarına baxdığını deyib və bunun qanunsuz olduğunu qeyd edib: "Beş saatdan sonra qadın əməkdaşlardan biri gəldi və qışqırmağa başladı. O dostlarımın sosial media səhifələrində ABŞ əleyhinə siyasi paylaşımlar etdiyini bildirdi. Mən isə dostlarıma görə məsuliyyət daşımadığımı dedim".
İ. Ayavi 8 saatdan sonra Livana geri göndərilib.
Harvardın mətbuat katibi səlahiyyətli şəxslərin ən qısa zamanda problemi həll edəcəklərinə inandığını bildirib. O, tələbələrinin yeni dərs ilində onlara qoşulacağına ümid etdiklərini deyib.
ABŞ-ın Gömrük və Sərhədlərin Mühafizəsi Xidmətinin mətbuat katibi Maykl Makkarti isə fələstinli tələbənin ABŞ-a girməsinin doğru olmayacağını bildirib.

DİGƏR XƏBƏRLƏR

Top