İran hökumətindən qadınlarla bağlı TARİXİ QƏRAR - VİDEO


İranda qadınların futbol matçlarını meydançada izləməsinə icazə verilib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, İran İdman Nazirliyi  futbol üzrə dünya çempionatına hazırlıq oyunlarını iranlı qadınların izləyə biləcəyini bildirib.
Qeyd edək ki, İranda qadınlar bir neçə dəfə stadiona kişi paltarında girməyə cəhd göstəriblər. FİFA isə İran İdman Nazirliyinə xəbərdarlıq edərək qadınların futbol izləməyə buraxılmamasının qanuna zidd olduğunu bildirib. Xəbərdarlıqları nəzərə alan İran yeni qanunla bəzi oyunları stadionda qadınların da izləyə biləcəyini bildirib.
Qeyd edək ki, İranda xanımların futbol izləməsi 1979-cu ildən bu vaxta qədər qadağan idi.

DİGƏR XƏBƏRLƏR

Top