Senatorlar Trampa Türkiyəyə görə təzyiq göstərir - SƏBƏB


Türkiyənin Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemlərinin ölkəyə gətirilməsinin ikinci hissəsinin başlaması ilə ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi Donald Trampa müraciət edib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, komitə bu müraciəti  "Twitter" səhifəsindən edib: "Cənab Tramp, ABŞ qanunlarına əsasən S-400 hava hücumundan müdafiə sistemlərini aldığına görə, Türkiyəyə sanksiya tətbiq etməlisiniz. ABŞ-la olan müttəfiqlik, Türkiyəyə Kremllə olan müttəfiqlikdən daha çox xeyir verər".
ABŞ-da həm cümhuriyyətçilər, həm də demokratlar Türkiyəyə sanksiya tətbiq etməsi üçün Trampa təzyiq göstərirlər.
Hətta cümhuriyyətçi senatorlar CAATSA (ABŞ-ın düşmənləri ilə sanksiyalar vasitəsilə mübarizə metodu) qanununa əsasən Türkiyəyə sanksiya tətbiq edilməsi üçün qanun layihəsi təqdim etmişdi.
Buna əsasən rəsmi Vaşinqton Türkiyəni birgə istehsalı qərarlaşdırılan F-35 qırıcı təyyarələrinin istehsal prosesindən ixrac etmişdi.
Buna baxmayaraq D. Tramp Türkiyəni bu məsələdə günahlandırmır. O sələfi Barak Obamanın Türkiyəni buna məcbur etdiyini müdafiə edir.

DİGƏR XƏBƏRLƏR

Top