Çempionlar Liqasında 3 klub qrup mərhələsinə yüksəlib


Bu gün UEFA Çempionlar Liqasının "pley-of" mərhələsi çərçivəsində cavab oyunlarını keçirilib.

"Krasnodar" "Olimpiakos"u, "Rusenborq" "Dinamo Zaqrebi", "Srvena Zvezda" isə "Yanq Boyz"u qəbul edib.

İlk cütlükdən qrup mərhələsinə Yunanıstanın "Olimpiakos" klubu, ikinci cütlükdən Xorvatiyanın "Dinamo Zaqreb" klubu, üçüncü cütlükdən isə Sebiyanın "Srvena Zvezda" klubu qrup mərhələsinə yüksəliblər.

Oyunlarda qeydə alınan nəticələr:

"Krasnodar" (Rusiya) - 1:2 - "Olimpiakos", ilk oyun: 0:4

"Rusenborq" (Norveç) - 1:1 "Dinamo Zaqreb", ilk oyun: 0:2

"Srvena Zvezda" - 1:1 - "Yanq Boyz" (İsveçrə), ilk oyun: 2:2

Trend

DİGƏR XƏBƏRLƏR

Top