Sumqayıtda itkin düşən uşaq tapılıb - YENİLƏNİB

Sumqayıtda itkin düşən uşaq tapılıb.

Yeniavaz.com “Report”a istinadla xəbər verir ki, 2012-ci il təvəllüdlü Nuriyev Yusif Ülvan oğlu yaşadığı binanın həyətindən çıxaraq digər binanın qarşısına keçib. Sonra yolu itirdiyindən başqa binaların həyətinə gəlib.

Daxili İşlər Nazirliyinin "102" Xidməti-Zəng Mərkəzinə məlumat veriləndən sonra uşaq tapılaraq ailəsinə təhvil verilib.



***  19:39
Sumqayıtda 7 yaşlı uşaq itkin düşüb​

Yeniavaz.com “Report”a istinadla xəbər verir ki, hadisə şəhərin 4-cü mikrorayon ərazisində baş verib

Belə ki, 2012-ci il təvəllüdlü Nuriyev Yusif Ülvan oğlu həyətdə oynadığı yerdən yoxa çıxıb. Yaxınları dərhal Daxili İşlər Nazirliyinin "102" Xidməti-Zəng Mərkəzinə məlumat veriblər

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top