"Apple" şirkətinin qurucusu Stiv Cobs ölməyib? - FOTO


2011-ci ildə dünyasını dəyişən "Apple" şirkətinin qurucusu Stiv Cobsa aid olduğu iddia edilən foto yayılıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Misirin paytaxtı Qahirədə çəkildiyi iddia edilən foto sosial şəbəkələrdə böyük qalmaqala səbəb olub. Belə ki, fotodakı şəxs 56 yaşında pankreatit xərçəngindən (mədəaltı vəzinin iltihabi xəstəliyi) dünyasını dəyişən Stiv Cobsa çox oxşayır. Fotoda sözügedən şəxsin gecə vaxtı açıq havada oturduğu müşahidə olunur.
Fotoya şərh bildirən sosial media istifadəçiləri "Stiv Cobs kimi o da yalınayaq oturur" deyə bildiriblər. Fotonun nə vaxt çəkildiyi məlum olmasa da, istifadəçilər Cobsun Misiri çox sevdiyini dəfələrlə dilə gətirdiyini qeyd ediblər. Bəzi şəxslər isə Cobsun əslində ölmədiyini, Misirə qaçaraq tərkidünyalığı seçdiyini iddia ediblər.

DİGƏR XƏBƏRLƏR

Top