Bakıda güclü yanğın başladı - YENİLƏNİB - VİDEO​


Bakı şəhərinin Nərimanov rayonunda sexdə başlayan yanğın 250 kvadrat metrə yaxın ərazini əhatə edib.

Yeniavaz.com Oxu.Az-a istinadən xəbər verir ki, hadisə "Metprof" MMC-də baş verib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.


***11:54

Bakıda güclü yanğın başlayıb.

Yeniavaz.com Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospekti 103A ünvanında qeydə alınıb.

Məlumata görə, yanğın sözügedən ərazidə yerləşən boya sexlərindən birindədir. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub.

İlkin məlumata görə, xəsarət alan yoxdur.

DİGƏR XƏBƏRLƏR

Top