
İsrailin Livan ərazisində kəşfiyyat uçuşlarına davam etməsi ölkəni qarışdırıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, İsrail Livana aid bölgələri pilotsuz təyyarələrlə bombalayıb. Livana aid dağlardakı terrorçuları zərərsizləşdirdiyi deyilən İsrailin addımını Livan höküməti sərt qarşılayıb. Başqa bir ölkənin torpaqlarında icazəsiz kəşfiyyat uçuşları keçirmək, bombalamaq savaşa dəvət anlamına gəldiyini söyləyən prezident Mişel Avn İsraili bu addımdan geri çəkilməyə çağırıb.