Orucov yarımfinalda Heydərovu məğlub edib - YENİLƏNİB


Azərbaycan cüdoçusu Rüstəm Orucov Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatında finala yüskəlib.

73 kq çəkidə çıxış edən 27 yaşlı idmançı yarımfinalda millinin digər üzvü Hidayət Heydərovu üstələyib.

***10:43

Azərbaycan cüdoçuları Rüstəm Orucov və Hidayət Heydərov Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatında yarımfinala vəsiqə qazanıblar.

73 kq çəkidə çıxış edən idmançılar 1/4 finalda müvafiq olaraq Tohar Butbulu (İsrail) və Bəhruz Xocazodanı (Tacikistan) məğlub ediblər.

Orucovla Heydərov yarımfinalda bir-birinə rəqib olublar.

DİGƏR XƏBƏRLƏR

Top