Bakıda işçilərin əməkhaqqı 4 manat 60 qəpik azalaraq bu qədər oldu - MƏBLƏĞ


Bu ilin yanvar-iyun aylarınin ilkin məlumatlarına əsasən əvvəlki aylarla (yanvar-may) müqayisədə Bakı şəhərində işçilərin orta aylıq nominal əməkhaqqı 4 manat 60 qəpik və ya 0,6%azalıb.
Yeniavaz.com Bakı şəhər Statistika İdarəsindən açıqlanan məlumatlara istinadən xəbər verir ki, bu ilin yanvar-iyun aylarınin ilkin məlumatlarına əsasən Bakıda orta aylıq nominal əməkhaqqı 816 manat 80 qəpik olub.
Qeyd edək ki, yanvar-may ayında bu göstərici 821 manat 40 qəpik olub.
Məlumatda həmçinin qeyd olunur ki, ən yüksək orta aylıq əməkhaqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə, ən aşağı əməkhaqqı isə səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.
 

DİGƏR XƏBƏRLƏR

Top