İbrahim Tatlısesin doğulduğu mağara muzeyə çevrilir - VİDEO


Məşhur türkiyəli müğənni İbrahim Tatlıses Şanlıurfaya gələrək  doğulduğu mağaranı ziyarət edib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, İbrahimTatlısesin doğulduğu mağaranın muzeyə çevrilmə prosesi başlayıb.
Müğənni bu addımdan dolayı məmun olduğunu bildirib: "İnsanların doğulub böyüdüyüm mağaranı görmələrini istəyirəm. Yağış, qar yağanda içəri batmasın deyə anam altımızdakı çulu qapıya asardı. Kasıb ailədə doğuldum, mağarada yaşadım ancaq qürur duyuram. Hər şey Allahın istədiyi kimi olar. İndi 3 gəmim, 3 villam, 2 təyyarəm var. Şükürlər olsun" .

DİGƏR XƏBƏRLƏR

Top