Əhməd Davudoğlu məhkəməyə verildi - SƏBƏB


Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu şahidi olduğu cinayət hədisəsini məhkəməyə xəbər verməməsi səbəb göstərilərək məhkəməyə verilib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyədə yeni partiya hazırlıqları davam edərkən təşəbbüskarlardan biri Əhməd Davudoğlu haqqında yeni iddialar ortaya atılıb. Belə ki, Demokratik Partiyasının üzvü Hüseyn Avni Sipahi Əhməd Davudoğlunun 2019-cu ilin avqust ayında etdiyi çıxışına görə, məhkəməyə müraciət edib. Köhnə baş nazir çıxışı zamanı Türkiyədə baş verən terror hadisələrini xatırladaraq onların kim olduqlarını bildiyinə işarə edib. Avni Sipahi belə ağır cinayətin törədildiyini bilməsinə rəğmən Əhməd Davudoğlunun gizlətdiyini söyləyib. Bu səbəblə məhkəməyə müraciət edərək keçmiş baş nazirin gizli saxladığı məlumatları söyləməsini tələb edib.

DİGƏR XƏBƏRLƏR

Top