Azərbaycanda seçki komisiyyasının sədri Kislovodskda vəfat etdi


83 saylı Ağcabədi – Füzuli dairə seçki komisiyyasının (DSK) sədri vəfat edib.

Yeniavaz.com Publika.az-a istinadən xəbər verir ki, DSK sədri Mübahir Nəsirov Rusiyanın Kislovodsk şəhərində müalicə aldığı sanatoriyada dünyasını dəyişib.

Bildirilir ki, M.Nəsirovun ürəyində problemlər olub və əməliyyat olunub. O daha sonra Kislovodskya gedərək müalicəsini davam etdirib. Sanatoriyadakı müalicə müddətinin sonuncu günü M.Nəsirov dünyasını dəyişib.

Onun cənazəsi Ağcabədi rayonuna gətirilərək dəfn edilib.

DİGƏR XƏBƏRLƏR

Top