Jurnalisti döyən şəxs saxlanıldı - RƏSMİ


Jurnalist Zülfüqar Xeyirxəbərova təzyiq göstərməklə bədən xəsarəti yetirən, taksi kimi fəaliyyət göstərən 99-AD-149 dövlət nömrə "Daewoo" markalı avtomobilin sürücüsü 1993-cü il Seymur Mustafazadə Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. 

Yeniavaz.com xəbər verir ki, bu barədə report-a Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. 

Onun sözlərinə görə, hadisənin təfərrüatları ilə bağlı təhqiqat araşdırmaları başlayıb, bədən xəsarəti ilə bağlı ekspertiza təyin olunub, tərəflərin izahatı alınıb.

"Faktla bağlı aparılan araşdırmalar zamanı sürücü tanımadığı şəxslə aralarında yaranan mübahisə ilə bağlı bildirib ki, Binə qəsəbəsi, Atçılıq yolunda baş verən insidentə onun nalayiq sözlərlə təhqir olunması səbəb olub, o da bundan əsəbləşərək qarşı tərəfə əl zərbəsi ilə xəsarət yetirib. Faktla bağlı araşdırmalar davam etdirilir, toplanan materiallar əsasında ictimai təhlükəli əmələ hüquqi qiymət veriləcək", - deyə E.Hacıyev qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top