Xırdalanda qalmaqallı dayanacağın hasarı söküldü - YENİLƏNİB - VİDEO

Xırdalan şəhəri Nizamı küçəsindəki dayanacağın hasarlandığı və yerində bina tikiləcəyi barədə məlumat vermişdik. 

Artıq həmin hasarlar sökülb. Xırdalan sakinlərinin sözlərinə görə, əraziyə icra hakimiyyətin nümayəndələri gəlib və təcili olaraq hasarlar sökülüb. //Yeni sabah


***18:13
Abşeron rayon Xırdalan qəsəbəsi ərazisində avtobus dayanacağının yerində bina tikilməsi ilə bağlı Lent.az-a şikayət daxil olub. Şikayət ərizəsində bildirilir ki, sakinlər bu vəziyyətdən xeyli narahatdılar.

Məlumatda qeyd olunur ki, Xırdalan Şəhəri İcra Hakimiyyətindən Nizami küçəsində yerləşən avtobus dayanacağının yerində bina tikilməsi üçün icazə verilib.

Məsələ ilə bağlı Xırdalan Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Seymur Qasımov bildirib ki, həmin ərazidə heç bir tikinti işi aparılmır: "Sözü gedən ərazidə hər hansı bir tikinti işinin aparılması üçün icra hakimiyyəti tərəfindən rəsmi sənəd təqdim edilməyib. Həmin yerdə sahibkara məxsus iaşə obyekti olub və şəxs özü obyektini sökərək yerində yenisini tikmək istəyir. Bununla bağlı da əməkdaşlarımız həmin əraziyə baş çəkəcəklər”.

DİGƏR XƏBƏRLƏR

Top