Azərbaycanda bu şəhərin millət vəkilindən başqa heç nəyi yoxdur


Azərbaycanda əhalinin sonuncu siyahıyaalınmasına görə işğal altında olan Xocalı şəhərində azərbaycanlıların sayı 13 min 28 nəfər, Xankəndi şəhərində isə 11 min 456 nəfər olub.
Yeniavaz.com açıqlanan rəsmi statistikaya istinadən xəbər verir ki, bu şəhərlərin əhisinin sayı təxminən eyni olsa da,  Xocalı şəhərində icra və inzibati orqanlar mövcud olduğu halda, Xankəndi şəhərində nə icra, nə də inzibati orqanlar fəaliyyət göstərir.
Açqılanan sonuncu rəsmi məlumata görə, 13 min 28 nəfər azərbaycanlı əhalisi olan Xocalıda...
 - 1 ədəd xəstəxana
- 25 ədəd xəstəxana çarpayısı
- 6 nəfər həkim
- 38 nəfər orta tibb işçisi
- 5 ədəd ambulator-poliklinika
- 3 ədəd uşaq baxçası
- 12 ədəd orta məktəb
- 12 ədəd kütləvi kitabxana
- 1 ədəd muzey
Eyni zamanda Xocalı şəhərində icra hakimiyyəti və digər dövlət qurumları (polis, prokurorluq, məhkəmə və s.) fəaliyyət göstərməkdədir.
Lakin, Xocalı şəhərindən fərqli olaraq 11 min 456 nəfər azərbaycanlı əhalisi olan Xankəndi şəhərində nə icra, nə də inzibati orqanlar mövcud deyil. Məktəbi, xəstəxanası, uşaq baxçası, kitabxanası, muzeyi olmayan rayonu yalnız  Milli Məclisdə təmsil edən millət vəkili (Flora Qasımova) fəaliyyət göstərir.
 

DİGƏR XƏBƏRLƏR

Top